Yuxuda AİDS-ə yoluxdu
07 Dekabr 2009 Bazar Ertəsi 10:20
Zellandiyalı kişi arvadına AİDS virusunu iynə ilə yoluxdurub
Yeni Zellandiya sakini öz fədakarlığının qurbanı olub. Belə ki, QİÇS (AİDS ) xəstəsi olan 35 yaşlı kişi yuxuda olarkən öz həyat yoldaşını yoluxdurub. O, uzun müddət onunla cinsi əlaqəyə girməkdən imtina edən arvadına qarşı planlaşdırdığı çirkin əməlini iynə ilə həyata keçirib. Damarından iynə ilə qanını çəkən ər, sonradan onu yatan arvadına vurub. Qadın HİV virusu daşıyıcısı olduğunu isə düz 4 ay sonra həkim müayinəsi zamanı öyrənib. Kişi bu hərəkətini arvadının onunla cinsi əlaqəyə girməsi üçün etdiyini bildirib.

5 il əvvəl ərinin virusa yoluxmasını öyrənən qadın bir şərtlə əri ilə yaşamağa davam edib. Bununla razılaşan kişi uzun müddət həyat yoldaşı ilə intim münasibətdə olmayacağına söz verib. Bu vədə əməl etməyən kişi məhkəməyə verilib.

Gələn həftə arvadını bilərəkdən QİÇS-ə yoluxduran şəxsin məhkəməsi başlayacaq. Onun 14 il müddətinə azadlıqdan məhrum edilməsi istənilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar