Yol qezası bir aileni perişan etdi
06 Dekabr 2013 Cümə 11:18
Qubada baş veren yol qezasında bir ailenin 4 üzvü yaralanıb.
Bu gece Qubada ağır yol qezası baş verib. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre. Bakı-Rusiya dövlet serhed yolunun 149-cu kilometrliyide, 1968-ci il tevellüdlü Vidadi Yusif oğlu Yusifovun idare etdiyi “Mitsubishi” markalı avtomobil idareetmeni itirerek yolun kenarındakı ağaca çırpılıb.
Qeza neticesinde sürücü, heyat yoldaşı 1973-cü il tevellüdlü Zemine Adil qızı Yusifova, övladları 2001-ci il tevellüdlü Eltac ve 2002-ci il tevellüdlü Samir ağır yaralanıblar. Onlar xestexanaya yerleşdirilibler. Hazırda veziyyetleri orta-ağırdı.
Faktla bağlı araşdırmalara başlanıb.
DOSTLARINLA PAYLAŞ: