Yevlax rayonunda fahişexana qalmaqalı
06 Sentyabr 2013 Cümə 16:15
Yevlax rayonunda fahişexana qalmaqalı. Obyekt sahibleri bir-birilerini fahişexana işletmekde günahlandırır.
“Yevlax rayonunun Qoyunbinəsi kəndində “Ayof” adlı çayxananı fahişəxanaya çevrilib. Burada 7-8 qadın işləyir. Onlar fahişəliklə məşğuldurlar. Hər bir müştərini də 15 manata qəbul edirlər. 10 manat qadının özünə qalır, 5 manat isə obyekt sahibinə. Bu barədə dəfələrlə şikayət etsək də, heç bir tədbir görülməyib”. Bu barədə Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Arif İbrahimov ANS PRESS-ə şikayətində bildirib. Onun sözlərinə görə, Bəhruz Qarayev adlı şəxs “Ayof” adlı çayxana işlədir. Həmin çayxanada çaydan başqa, qadınlar müştərilərinə öz xidmətlərini təklif edirlər. Oradakı intim xidmətin qiyməti isə hər bir müştərinin ürəyincədir. Arif İbrahimov deyir ki, bu səbəbdən həmin çayxana müştərilərlə doludur. Bura başqa kəndlərdən də gənclər gəlir.

Bəhruz Qarayev onu da bildirdi ki, fahşəxana barədə şikayət etsələr də, bu barədə heç bir tədbir görülməyib: “Bu barədə dəfələrlə polis şöbəsinə şikayət etmişik. Polis gəlib yoxlama aparanda tez ordakı qadınlar gedir. Ara sakitləşən kimi isə yenə də köhnə hamam, köhnə tas. Bütün bu işlərə də sahə rəisi Sirac Fərəcov rəvac verir. Sirac Bəhruzu hansısa səbəbdən qoruyur”.
Arif İbrahimov deyir ki, hətta bir-iki dəfə həmin çayxanada olub və orada işləyən qadınların çoxunu tanıyır. “Həmin çayxanada Lalə, Gülzar adlı qadınlar çalışır. Çayxanaya də gələnlər həmin qadınların həvəsinə gəlir”.

Məsələyə aydınlıq gətirmək üçün çayxananın sahibi, kənd sakini Bəhruz Qarayevlə əlaqə saxladıq. Bəhruz Qarayev deyilənlərin büs-bütün cəfəngiyyat olduğunu və Arif İbrahimovun ona şər atdığını bildirdi. Bunun səbəbi isə Arif İbrahimovun özünün həmin kənddə çayxana işlətdiyini və bu səbəbdən də başqa çayxanalara qarşı bu addımı atdığını dedi. Bəhruz Qarayevin sözlərinə görə, Arif İbrahimovun öz işlətdiyi çayxanada bir neçə qadın işləyir ki, onlar əxlaqsız təkliflərlə müştəri cəlb edir.

“Arif İbrahimov özü çayxanasında fahişələr işlədir. Bundan başqa, kənddə meşəlik var. Oradakı ağacları doğrayıb, onların yerində çayxana açıb. İstəmir ki, başqa çayxanalar işləsin. Məni də addımbaşı şərləyir”, - deyə Bəhruz Qarayev şikayətləndi.

Yaranmış insidentlə əlaqədar sahə rəisi, polis-kapitanı Sirac Fərəcovla əlaqə saxladıq. Sahə rəisinin ANS PRESS-ə verdiyi məlumata görə, yaranmış mübahisələrin əsasında daha çox qazanmaq həvəsi durur. Onun sözlərinə görə, Arif İbrahimov ilə Bəhruz Qarayev uzun illərdir bir-birilərilə ədavət saxlayırlar.

“Hər ikisinin çayxanası var. Hər ikisi də daha çox müştəri cəlb etmək istəyir və müxtəlif şeylər fikirləşirlər. Arif İbrahimov bizə şikayət edib ki, Bəhruzun çayxanasında fahişələr işləyir. Biz də yoxlama aparmışıq, xəbər yalan çıxıb. Hər ikisinin çayxanasında yoxlamalar aparmışıq. Səslənən qarşılıqlı ittihamlar əsassızdır. Heç birini çayxanasında fahişələr işləmir. Biz imkan vermərik ki, kənddə fahişəxana işlətsinlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar