Yeddimərtəbəli yaşayış binasında yanğın baş verib
13 Avqust 2014 Çərşənbə 11:32
Yeddimərtəbəli yaşayış binasında baş verən yanğın böyük həyəcana səbəb olub.
Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın binanın I mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabellərinda başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar