Yahova şahidləri təriqətini yayan qadınlar saxlanılıb
07 İyun 2010 Bazar Ertəsi 12:45
Yahova şahidləri təriqətini yayan qadınlar saxlanılıb. Onlardan 64 ədəd kitab aşkarlanıb.
Azərbaycanda dini təriqəti təbliğ edən qadınlar saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də Mingəçevir şəhər sakinləri İradə İsmayılova və Kifayət Yusifova “Yahova şahidləri” dini təriqətinə aid jurnalları və kitabları vətəndaşlar arasında yayarkən Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan təbliği və yayımı qanunla qadağan olunmuş 64 ədəd müxtəlif kitab götürülüb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: