Xırdalan şəhərində binada güclü partlayış baş verib
08 Sentyabr 2014 Bazar Ertəsi 09:54
Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış nəticəsidə 5 nəfər dağıntılar altında qalıb.
Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Partlayışda 5 nəfər dağıntılar altında qalıb. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilmiş, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar