Xəzər rayonunda yaşlı qadın vəhşicəsinə döyülüb
20 Sentyabr 2014 Şənbə 11:22
Bu gün səhər saat 08:00 radələrində Bakının Xəzər rayonu ərazisində yaşlı qadın vəhşicəsinə döyülüb.
Bu gün səhər saat 08:00 radələrində Bakının Xəzər rayonu ərazisində yaşlı qadın vəhşicəsinə döyülüb. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib.

Verilən məlumata görə, Şağan-2 ərazisində yaşayan 61 yaşlı Əzifə İlyasova naməlum şəraitdə döyülüb. Qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin təhqiqatçısı Anar İsayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə onlara məlumat verilib. Hazırda araşdırma aparılır.

“Qadın xəstəxanada müalicə olunur. Onunla görüşə bilməmişəm. Qadının izahatı alınacaq. Onun kim tərəfindnə döyüldüyü bundan sonra məlum olacaq. Hadisənin səbəblərini və günahkarı tezliklə müəyyən edəcəyik”, - deyə Anar İsayev bildirib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar