Xezer rayonunda 5 mertebeli xestexana yanıb
27 İyul 2013 Şənbə 15:35
Hadise zamanı 4 nefer xeste texliyə olunub.
Xəzər rayonunda 5 mərtəbəli xəstəxananın 1 saylı korpususnun 1-ci mərtəbəsində yanğın baş verib. ANS PRESS FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan 3 otağın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb. Yanğın zamanı yanğın bölmələri tərəfindən 2-ci mərtəbədən 4 nəfər xəstə təxliyə olunub. Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: