Xəzər rayonunda 4 otaqlı ev bir anda külə döndü
05 Sentyabr 2014 Cümə 13:08
Paytaxtın Xəzər rayonunda baş verən yanğında bir gənc ailə evsiz qalıb.
Paytaxtın Xəzər rayonunda baş verən yanğında bir gənc ailə evsiz qalıb.
ANS TV-nin məlumatına görə, hadisə Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. Hadisə zamanı 27 yaşlı Sadiq Nağıyevə məxsus ev bir göz qırpımında yanaraq külə dönüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunsa da artıq gec olub. 100 kvadrat metrlik 4 otaqlı ev yanaraq külə dönüb. Hadisə baş verən yerdə küçələrin dar olması və dəqiq ünvanın olmaması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib. Amma yanğının başqa evlərə keçməsinə imkan verilməyib.
İlkin məlumaa görə, isə hadisə mənzildə olan qaz balonunun nəzarətsiz qalması səbəbindən baş verib. Yanan evdə qaz xətti olmadığı üçün balondan istifadə olunur. Bir anlıq ev sahibinin ehtiyatsızlığı mənzilin yanmasına səbəb olub.
Yanğının dəqiq səbəblərini müəyyən etmək üçünsə araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: