Xətai rayonunda kişini ilan sancdı
01 May 2014 Cümə Axşamı 11:13
Xətai rayonu ərazisində Neftçilər Xəstəxanası yaxınlığında orta yaşlı kişini zəhərli ilan sancıb.
Bu gün saat 10:30 radələrində Bakının Xətai rayonu ərazisində görünməmiş hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Neftçilər Xəstəxanası yaxınlığında orta yaşlı kişini zəhərli ilan sancıb.

Hadisə küçədə baş verib. Nəticədə kişi ağır yaralanıb. Xəstəni təcili xəstəxanaya yerləşdiriblər. Hazırda ilan sancan kişiyə həkimlər yardım edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar