Xətai rayonunda aadın özünü binadan atdı
03 İyul 2014 Cümə Axşamı 00:20
Xətai rayonunda aadın özünü binadan atdı. 30-35 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib.
Paytaxtın Xətai rayonunda intihar hadisəsi qeydə alınıb.

ANS TV-nin məlumatına görə, hadisə Nobel prospekti, 9 ünvanında qeydə alınıb. Özünü binadan atan 30-35 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları qısa bir zamanda, həyatına qəsd edən şəxsin kimliyinə aydınlıq gətiriblər. Məlum olub ki, yaşayış binasının damından özünü ataraq intihar edən qadın Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Abbasova Mətanət Məmməd qızıdır. Qadının intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Araşdırmalar zamanı isə qadının intihar etməsinin səbəblərinə aydınlıq gətiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar