Xaçmazda qətl hadisəsi baş verib
14 Noyabr 2014 Cümə 11:12
Xaçmazda qətl hadisəsi baş verib. Qətlin motivləri hələ ki, məlum deyil.
Xaçmazda qətl hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi 92 nömrəli texniki peşə məktəbində olub.
Polad Rafiq oğlu Nəbiyevin Əli adlı şəxs tərəfindən öldürdüyü bildirilsə də hüquq-mühafizə orqanları yalnız faktı təsdiqləməklə klifayətlənib.
Qətlin motivləri hələ ki, bəlli deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir. Əlinin həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Polad Nəbiyevin meyidi hazırda morqdadır.
Qətl hadisəsini Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov təsdiq edib.
Əlibaba Şahverənov hadisə ilə bağlı əlavə məlumatların veriləcəyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: