Xaçmazda 17 yaşlı gənc kompüter üstündə kiçik qardaşını öldürdü
04 İyul 2013 Cümə Axşamı 09:54
Övladlarını ayırmaq istəyən ata da xəsarət alıb.
Ötən gün axşam saatlarında Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 17 yaşlı Tamerlan Nizamov 14 yaşlı qardaşı Nizam Nizamovu öldürüb. O, kiçik qardaşına 5 bıçaq zərbəsi vurub.
İnsident zamanı uşaqların atası 68 yaşlı Eynulla Nizamov da əlindən yaralanıb. Ata övladlarını ayıran zaman xəsarət alıb. İlkin araşdırmalar zamanı qardaşların arasında mübahisə kompüter oyunu üstündə yaranıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: