Valideyn ehtiyatsızlığı faciəyə səbəb oldu
03 İyun 2014 Çərşənbə Axşamı 11:08
Qədikqışlaq kəndində yaşayan Mehrəliyevlər ailəsinin azyaşlı uşağı faciəvi şəkildə dünyasını dəyişib.
Ötən gün Qubada faciə baş verib. Rayon prokuror köməkçisi Rövşən Əhmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Qədikqışlaq kəndində yaşayan Mehrəliyevlər ailəsinin azyaşlı uşağı faciəvi şəkildə dünyasını dəyişib.

Belə ki. 2011-ci il təvəllüdlü Dəniz Rövnəq qızı Mehralıyev həyətlərindəki bağçada oynayarkən su qabına yıxılıb. Uşaq əlindəki qabı su il doldurmaq üçün hündür qabın içinə əyilib. Lakin ehtiyatsızlıqdan suya düşüb.

Nəzarətsiz qalan uşaq suda boğulub. Onu xəstəxanaya aparsalar da, həkimlər qızcığazı həyata qaytara bilməyib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar