Üzüyünü çıxara bilməyən bir nəfər FHN-ə müraciət etdi
23 Fevral 2013 Şənbə 01:45
Bu dəfəki hadisə Şirvanda baş verib.
Şirvan şəhərində bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib. ANS PRESS-in FHN-in internet saytına istinadən verdiyi məlumata görə, məlum olub ki, zərərçəkənin barmağı sıxıldığı üçün şişib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıblar.
DOSTLARINLA PAYLAŞ: