Usta ekskavatoru təmir edərkən iş yoldaşını əzdi
    22 İyun 2013 Şənbə 14:30
    Nəticədə şirkət işçisi ölüb.
    
                	 
    
         Naxçıvan Muxtar Respublikasında bir nəfər bədbəxt hadisə nəticəsində ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 20-də Şahbuz rayonunun Kolanı kəndi ərazisində “Gəmiqaya Yol-Su Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Əli Məcnunov ekskavatoru təmir edərkən ehtiyatsızlıq nəticəsində iş yoldaşı Natiq Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirib. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən N.Taroyev iyunun 21-də orada ölüb.
DOSTLARINLA PAYLAŞ: