Uşaq oyuncağın içindəki mayedən zəhərlənib
19 Avqust 2013 Bazar Ertəsi 20:13
2 yaşlı Aidə Əhmədzadə Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına aparılıb.
Gəncədə iki yaşlı uşaq şampundan zəhərlənib. Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından APA-nın məlumata görə, şəhər sakini, 2011-ci il təvəllüdlü Aidə Turan qız Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsi ilə 2 yaşlı uşağın həyatı xilas edilib. Araşdırma zamanı məlum olub ki, Aidə Əhmədzadə içərisində köpük olan uşaq oyuncağı ilə oynayarkən səhvən onun içərisindəki şampunu içib. Hazırda uşağın səhhətinin normal olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar