Ucarda maşın 10 metr hündürlükdən aşdı
06 Mart 2013 Çərşənbə 08:37
Ucar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 17:00 radələrində Ucar şəhəri ərazisindən keçən dəmir yolunun üzərindəki avtomobil körpüsünün üstündə qeydə alınıb.
Zərdab sakini, 1988-ci il təvəllüdlü Pirəliyev Salah Arif oğlu 10 VO 667 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və körpünün kənarından 10 metr hündürlükdən aşıb. Hadisə nəticəsində sürücü Salah Pirəliyev, sərnişinlər - 1976-cı il təvəllüdlü Pirəliyeva Lamiyə Bəyalı qızı, 1980-cı il təvəllüdlü Pirəliyeva Samirə Bahəddin qızı, 1986-cı il təvəllüdlü Orucova Gülyanaq Arif qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: