3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1970-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rasim Ramiz oğlu Ağaməmmədova vətəndaş Əziz Novruz oğlu Əhmədovun gətirdiyi sovqata baxış keçirilən zaman “Jalə” şirəsi qutusunun içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
.