Türkiyədə azərbaycanlı qadın ərini çaydanla döydü
12 Fevral 2013 Çərşənbə Axşamı 17:31
34 yaşlı qadın ərinin ona başqa bir qadınla xəyanət etdiyindən şübhələnib
Türkiyədə Azərbaycan əsilli qadın ərini şiddətə məruz qoyub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Trabzonda 34 yaşlı Təranə E. adlı qadın ərinin ona başqa bir qadınla xəyanət etdiyindən şübhələnib. O,35 yaşlı ərinin başına çaydanla vuraraq onu yaralayıb.

Bundan sonra kişi 4 il öncə evləndiyi arvadı ilə ayrı yaşamağa başlayıb. Təranə E. bu dəfə isə ərinin yaşadığı evi yandırıb. Kadir E.adlının kişinin polisə müraciətindən sonra azərbaycanlı qadın 8 ay azadlıqdan məhrum edilib və 3 min lirə (təqribən 1500 manat) cərimə edilib.

Məhkəmədə hakim qarşısına çıxan qadın əməlindən peşman olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar