Türkiyədə azərbaycanlı jurnalist saxlanılıb
25 Dekabr 2012 Çərşənbə Axşamı 17:16
Lalə və Qızyetər adlı qadınlar insan alveri ilə mübarizə çərçivəsindəki yoxlama zamanı tutulublar
Türkiyədə özünü jurnalist kimi təqdim edən qadın saxlanılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İğdır polisi Taşburun bölgəsindəki spirtli içki verən kazinolardan birində insan alveri, fahişəliklə mübarizə çərçivəsində yoxlama aparıb.

Kazinoda Türkiyəyə qanunsuz yollarla girən qadınlar saxlanılıb. Onların arasında iki azərbaycanlı da olub. Lalə K və Qızyetər Z. adlı qadınlar polis tərəfindən saxlanılıblar. Qadınlar həkim müayinəsi üçün xəstəxanaya göndəriliblər.

Xəstəxanadan çıxan Qızyetər adlı qadın fotosunun çəkilməsinə etiraz edək Azərbaycanda jurnalist kimi fəaliyyət göstərdiyini deyib. "Bizim günahımız yoxdur. Mən İğdırda evliyəm, 1 uşağım da var. Ora yemək yeməyə getmişdim". Qadınlar həkim müayinəsindən sonra ölkədən deportasiya ediliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar