Türk həkimləri Sevinc Babayevanın ölümünün səbəblərini açıqladı
28 Dekabr 2012 Cümə 20:57
"Medicana İnternational İstanbul Hastanesi": "Saat 19.15-də xəstənin həyati funksiyaları dayanıb və o vəfat edib".
Sevinc Babayevanın dünyasını dəyişdiyi “Medicana İnternational İstanbul Hastanesi” rəsmi açıqlama yayıb. Xəstəxanadan APA-ya daxil olan açıqlamada bildirilir:
“26.12.2012 tarixində 112 (təcili yardım) vasitəsilə Əsənyurt Dövlət Xəstəxanasının Təcili Yardım Servisinə gətirilən 39 yaşındakı Məryəm Solmaza burada CPR (ürək masajı, şok və s.) üsulları tətbiq edilib, lakin buna rəğmən xəstənin reanimasiyaya ehtiyac duyması səbəbiylə o, 112 vasitəsilə xəstəxanamıza göndərilib.
Xəstə xəstəxanamızın reanimasiya şöbəsinə qəbul edilib, süni tənəffüs cihazına qoşulub, bütün yaşam funksiyaları monitorda izlənib, ürəyinin çalışmasında yetərsizlik müəyyən edildikdən sonra ona lazımi dərmanlar verilib. Xəstənin bu əsnada bütün hematoloji və biokimyəvi analizlərinə baxılıb, tomoqrafiyasının nəticələri dəyərləndirilib. Edilən müdaxilələrə reaksiya verməyən xəstənin saat 18.21-də ürəyi dayanıb, CPR tədbirləri ilə 4 dəqiqə sonra ürək təkrar normal ritminə dönüb. Saat 18.30-da xəstənin ürəyi yenidən dayanıb, CPR tədbirləri nəticəsində 10 dəqiqə sonra bir daha çalışmağa başlayıb. Lakin saat 18.45-də xəstənin ürəyin təkrar dayanıb, bütün müdaxilələrə rəğmən, saat 19.15-də xəstənin həyati funksiyaları dayanıb və o, vəfat edib.
Xəstə Əsənyurt Dövlət Xəstəxanasında şübhəli şəxs qismində qəbul edildiyi üçün Cümhuriyyət Baş Prokurorluğu ölümlə bağlı meyitin üzərində müayinə aparılmasına qərar verib”.
DOSTLARINLA PAYLAŞ: