Toyota Land Cruiser beton dirəyə çırpılıb
22 Oktyabr 2014 Çərşənbə 11:04
Toyota Land Cruiser Heydər Əliyev prospektinin kəsişməsindəki tuneldə beton dirəyə çırpılıb.
Bu gecə Bakının Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yeni istifadəyə verilmiş tuneldə Toyota Land Cruiser markalı avtomobil beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1961-ci il təvəllüdlü Sabir Məmmədəli oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar