Toyda qohumlar bir-birini bıçaqlayıb
23 Mart 2009 Bazar Ertəsi 11:15
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Famil Həsənov məlumat verib.
Onun sözlərinə görə, martın 22-də axşam saatlarında şəhərin “Sultan” şadlıq sarayında keçən toy mərasimində sərxoş vəziyyətdə olan dayıoğlu bibisi oğlunu bıçaqlayıb.
Yaranmış mübahisənin davaya çevrilməsi nəticəsində rayonun Əşlə kənd sakini, 1973-cü il təvəllüdlü Asif Muxtar oğlu Nəzərov bibisi oğlu və həmkəndlisi, 1979-cu il təvəllüdlü Əfqan Qurbanəli oğlu Eyvazova bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Çoxlu qan itirmiş vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Eyvazovun vəziyyətinin ağır olduğu bildirilir. A. Nəzərov isə həbs olunub.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: