Tovuzda 20 yaşlı qız intihar edib
    20 İyul 2013 Şənbə 12:41
    Faktla bağlı cinayət işi başlanıb.
    
                	 
    
         Azərbaycanda 20 yaşlı qız intihar edib. Tovuz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Hicran Rüstəmova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: