Teleaparıcı İlham Mirzeyev bıçaqlandı
24 İyul 2013 Çərşənbə 12:13
Space televiziyasının tanınmış teleaparıcısı İlham Mirzeyev bıçaqlanıb.
Bu barədə AzNews.az-a “Space” kanalından məlumat veriblər. Məlumatda bildirilib ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.
Məlumata görə, hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.

Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.

Qeyd edək ki, İ.Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, aparıcının nömrəsinə zəng çatmadı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar