Tanınmış diplomat Cavanşir Vekilov qezada öldü
24 Avqust 2013 Şənbə 12:18
Cavanşir Vekilov 62 yaşında dünyasını deyişib.
Azərbaycanın tanınmış diplomatı Cavanşir Mehdixan oğlu Vəkilov 62 yaşında dünyasını dəyişib. Bu barədə "modern.az" saytına vəkil Səməd Vəkilov məlumat verib. Bildirib ki, diplomat ötən gün düşdüyü ağır yol qəzasında faciəli şəkildə ölüb.

Qeyd edək ki, 1951-ci ildən Bakı şəhərində anadan olan C.Vəkilov 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra edib.

C.Vəkilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı, Dövlət İdarəçilik Akademiyasının müəllimi işləyirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar