Süvəlan çimərliyində faciə
11 Avqust 2014 Bazar Ertəsi 11:30
Bakının Xəzər rayonunda bir nəfər dənizdə batıb. Süvəlan çimərliyində 62 yaşlı kişi batdı.
Bakının Xəzər rayonunda bir nəfər dənizdə batıb.

Xəzər rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:23 radələrində Süvəlan çimərliyində baş verib.

Belə ki, çimərlikdə əylənənlər dənizdə kişi meyidi aşkarlayıblar. Dərhal hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunub.

Xilasedicilər meyidi sudan çıxarıblar. Araşdırmalar zamanı məlum olub ki, dənizdə boğulan 62 yaşlı Malik Səfərovdur.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar