Şuşalı gənc Şirazi Hüseynov Suriyada öldürüldü
06 May 2014 Çərşənbə Axşamı 16:52
Şuşa şəhər sakini Şirazi Hüseynovun atası: İki ay əvvəl müalicə üçün Türkiyəyə getdi, o vaxtdan ailəsi ilə əlaqə saxlamayıb.
Suriyada daha bir azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb. Şuşa şəhərində anadan olub, 1990-cı il təvəllüdlü Şirazi Şakir oğlu Hüseynov Əsəd qüvvələri tərəfində vuruşub.
O, Azad Suriya Ordusu tərəfindən öldürülüb. Ş. Hüseynov öldürüldükdən sonra onun üzərindən tapılmış şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və digər şəxsi əşyalarının fotosu yayılıb. Suriyada ölüm xəbəri yayılan Ş. Hüseynovun Bakıdakı ailəsini taparaq onun atası ilə danışıb. Ş. Hüseynovun atası Şakir Hüseynov APA-ya açıqlamasında oğlunun iki ay əvvəl Türkiyəyə müalicə üçün getdiyini deyib: “Hazırda onun harada olduğunu bilmirik. İki ay əvvəl müalicə üçün Türkiyəyə getdi, o vaxtdan da ailəsi ilə əlaqə saxlamayıb”.
Şakir Hüseynov oğlunun dinə meylli biri olduğunu da bildirib: “Oğlum namaz qılan idi. Lakin heç vaxt Suriya ilə bağlı evdə danışmayıb. Nə məsələdir, başa düşə bilmirəm”.
DOSTLARINLA PAYLAŞ: