Sürücü iki qadının ölümünə səbəb oldu
14 Avqust 2013 Çərşənbə 12:48
Hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Avqustun 13-də saat 21.10 radələrində Neftçala rayonu Xıllı qəsəbəsinin ərazisində Aşağı Qaramanlı kənd sakini Mirislam Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən rayon sakinləri Zərifə Nağıyevanı və Əzizə Əhmədovanı vurub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Neftçala rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar