Suriya vətəndaşları Bakıda yol qəzasına düşüblər, ölən və yaralananlar var
26 Noyabr 2012 Bazar Ertəsi 10:26
Zəncirvarı yol qəzası Bakıxanov qəsəbəsində baş verib
Bakıda zəncirvari yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Suriya vətəndaşı, 1963-cü il təvəllüdlü Matuk Cihad Ahmetin idarə etdiyi “VAZ-21013” markalı maşın Hacıbəy Dinbazovun idarə etdiyi “Opel” markalı və Nizami Qəribovun idarə etdiyi “Chevrolet” markalı avtomobillərlə toqquşub.

Nəticədə Matuk Ahmedin sərnişini, Suriya vətəndaşı Halak Caval aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Matuk Ahmed və digər avtomobillərin sürücüləri xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar