Sumqayıt şəhərində orta məktəb yanıb.
Fövqəladə Hallar Naziliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Təhsil Nazirliyinə məxsus 27 saylı orta məktəbin ümumi sahəsi 80 kvadrat metr olan yeməkxanasında meydana gəlib.
Şagirdlər binadan evakuasiya olunduqdan sonra yanğın söndürülüb. Yanğın zamanı 2 ədəd taxta masa və üzərində olan kağız məmulatları 5 kvadrat metrlik sahə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır. ANSPRESS
Sumqayıtda orta məktəb yanıb
Sumqayıtda orta məktəb yanıb. Ölən və xəsarət alan yoxdur.




Şərhlər