Sumqayıtda iki maşın toqquşdu, biri aşdı
    01 Aprel 2013 Bazar Ertəsi 10:41
    Yaralıları əzilmiş maşından ətrafdakılar çıxara biliblər.
    
                	 
    
         Sumqayıt şəhərində ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəza ötən gün 21:30-da şəhərin girəcəyində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil “Hyundai” markalı avtomobillə çırpılıb. 
Yüksək sürətlə hərəkət edən “Jiquli” qəza törədəndən sonra çevrilərək aşıb. Hadisə nəticəsində tamamilə yararsız vəziyyətə düşən avtomobillərdə olan 3 nəfər ağır bədən xəsarətləri alıblar. Ətrafdakıların köməyi ilə maşının "VAZ 2107"nin sürücüsü  və digər avtomobildə olan iki zərərçəkmiş qadın xəstəxanaya çatdırılıb.
Ümumilikdə isə hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır. 
DOSTLARINLA PAYLAŞ: