Sumqayıtda 5 yaşlı uşaq öldü
09 Fevral 2015 Bazar Ertəsi 13:28
Yanan evdə yaralanan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən baş verən bədbəxt hadisə bir azyaşlının ölümünə səbəb olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın yanvarın 31-də baş verib.

Belə ki, Sumqayıt şəhərində evdə yanğın qeydə alınıb.

Baş verən hadisədə 5 yaşlı Sərxan Hüseynzadə termiki yanıq xəsarətləri alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin səylərinə baxmayaraq, uşaq ötən gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar