Şirvanda maye qaz balonu partlayıb, 3 ev yanıb
30 Avqust 2013 Cümə 20:57
Ümumilikdə yanğın 350 kvadratmetr ərazini əhatə edib.
Şirvanda maye qaz balonunun partlaması 3 fərdi yaşayış evinin yanmasına səbəb olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bu gün saat 16:15 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində Neftçilər küçəsində yerləşən Əlihüseyn Balakişiyevə məxsus evdə maye qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

Nəticədə Əlihüseyn Balakişiyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evində yanğın başlayıb. Yangın Əlihüseyinin Balakişiyevə məxsus digər fərdi yaşayış evinə və daha bir qonşunun - İsayev Fərziyin evinə keçib.

Hadisə yerinə Şirvan Yanğından Mühafizə Hissəsinin briqadaları cəlb olunub. Küçələrin ensiz olması və külək yanğının söndürülməsində çətinliklər törədib. Bir müddətdən sonra yanğın lokallaşdırılıb. İki ev tamamilə yanıb. Ümumilikdə yanğın 350 kvadratmetr ərazini əhatə edib. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar