Şirvan Milli Parkında baş vermiş yanğın söndürülüb
27 İyun 2013 Cümə Axşamı 23:07
Hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb.
Şirvan Milli Parkında bu gün baş verən yanğın söndürülüb. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşları tərəfindən söndürülüb.

Hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb. Ərazidə ETSN-nin əməkdaşları növbə çəkir.

Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Yanğın bugün saat 14:50 radələrində başlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar