Sinif yoldaşını istəmədən öldürdü.
28 Yanvar 2012 Şənbə 10:39
Qazax rayonunda qətl hadisəsi törədilib.
Qazax rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 27-si saat 23 radələrində rayonun Daş Salahlı kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Vüqar Eyyub oğlu öz həmkəndlisi 1990-cı il təvəllüdlü Xəlilov Çingiz Tofiq oğlunu bıçaqlayıb.
Bıçaq Ç.Xəlilovun bud nahiyəsinə tuş gəlib və qan damarlarını zədələyib. Nəticədə yaralının çoxlu qan itirməsini görən V.Abdullayev onu maşınla Qazaxın mərkəzi xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hər iki gənc orta məktəbin eyni sinfində oxuyublar. V.Abdullayev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: