SHACMAN maşınlarının rallisi ölümlə nəticələndi
01 Avqust 2014 Cümə 07:03
HONDA markalı minik maşını SHACMAN markalı 3 yük maşınının arasında qalıb.
Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib. Hadisə yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus “SHACMAN” markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi eyni markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi “SHACMAN” markalı maşının yoluna çıxaraq onunla toqquşub.

Sonra “SHACMAN” markalı maşınlardan biri yol ilə hərəkət edən “HONDA” markalı minik maşınına çırpılıb. Hadisəni törədən sürücü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

“HONDA” markalı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı baş dövlət yol polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar