Sevmediyi oğlana göre ailesine dağ çekdi
16 Avqust 2013 Cümə 09:51
18 yaşlı qız istemediyi oğlana ere verildiyi üçün özünü öldürüb.
Bu gecə Masallı rayonunda 18 yaşlı qız özünü asıb.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Qodman kənd sakini 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar.

İntihar edən R.Hüseynova orta məktəbi bu il bitirib. Qızın intihar etməsinin səbəbləri araşdırılır.

Milli.az-ın əldə etdiyi məlumata görə, Rufanə Hüseynova sevmədiyi oğlana ərə verildiyi üçün özünə qəsd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar