Serxoş kişinin ölüm hekayeti
07 Sentyabr 2013 Şənbə 10:58
Eyvandan yıxılan 42 yaşlı kişinin meyiti sehere qeder yerde qalıb.
Bu gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində 42 yaşlı kişi 5-ci mərtəbədən düşərək ölüb. Qaradağ rayon Polis idarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Müşviqabad qəsəbəsi, yeni şəhərcikdə baş verib.
Belə ki, 25 oktyabr 1971-ci ildə Cəbrayıl rayonu, Mərcanlı kəndində anadan olmuş Elxan Əmirxan oğlu Hacıyev 5-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə gecə saatlarında baş versə də, onun meyitini səhər saat 07:09 radələrində qonşular işə gedərkən aşkarlayıb. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı, E.Hacıyevin ölməmişdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyi məlum olbu.
Mərhumun ailə üzvlərinin verdiyi ifadə bildirilib ki, ötən gün Elxanın bacanağı onlara gəlib. Onlar yeyib-içiblər. Sonra E.Hacıyev siqaret çəkmək üçün eyvana çıxıb. Sonradan naməlum səbədən Elxan yerə yıxılıb. Elxanın üzün müddət ərzində yıxıldığı yerdə qaldığı və yalnız səhər saatlarında meyitinin aşkarlandığı bildirilib.
Hazırda hadisənin qətl, intihar, yaxud bədbəxt hadisə olduğu araşdırılır.
DOSTLARINLA PAYLAŞ: