Sərxoş kişi Xəzərdə çimərkən boğulub öldü
19 May 2014 Bazar Ertəsi 02:45
31 yaşlı mərhumun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb.
Bu gecə Bakının Xəzər rayonunda dənizdə çimməyə çalışan sərxoş kişi boğularaq ölüb.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən xəbərinə görə, hadisə Fövqəladə Hallar Nazirliyinin ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralda nəzarətsiz ərazidə baş vertib.

Hadisə yerinə dərhal axtarış-xilasetmə işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib.

1993-cü il təvəllüdlü Amanov Vüsal Adil oğlunun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılıb çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Əməliyyat saat 00:50-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar