Sərxoş ər arvadını qanına qəltan etdi
22 Aprel 2013 Bazar Ertəsi 10:07
36 yaşlı qadın bıçaqlanıb.
Ötən gecə Quba rayonunun Caqacuq kəndində 36 yaşlı qadın əri tərəfindən bıçaqlanıb. Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 1977-ci il təvəllüdlü Rəmziyyə Camal qızı Cəfərova həyat yoldaşı Zaur Cəfərov tərəfindən bıçaqlanıb.

Qadın huşsuz vəziyyətdə Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qadın dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Polis arvadını bıçaqlayan əri saxlayıb. Verilən məlumata görə, Zaur Cəfərov arvadını bıçaqlayarkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar