“Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundovu ölümlə hədələyərək külli miqdarda pul tələb ediblər
04 Dekabr 2009 Cümə 11:25
Azərbaycanın tanınmış iş adamı, “Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundovu ölümlə hədələyərək ondan külli miqdarda pul tələb ediblər. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, “Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundov Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. İş adamı ərizəsində Bakı şəhərində yerləşən “Ramin” şadlıq evinin sahibi Böyükxan Fərəcəliyev tərəfində ölümlə hədələndiyini bildirib. İ. Axundov qeyd edib ki, B. Fərəcəliyev onun iş yerinə gələrək külli miqdarda pul tələb edib, istədiyi məbləği verməyəcəyi təqdirdə isə onu öldürəcəyi ilə hədələyib.
Faktla bağlı artıq Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb. Hazırda polis B. Fərəcəliyevin saxlanması üçün onun barəsində axtarış elan edib. APA
DOSTLARINLA PAYLAŞ: