Sərnişinlərin gözü qarşısında ər arvadını qətlə yetirdi
20 Dekabr 2012 Cümə Axşamı 10:45
Lənkəran rayonunda amansız qətl törədilib.
Lənkəran rayonunda amansız qətl olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, dünən saat 09 radələrində 39 yaşlı Fuad Kəlbiyev bıçaqla 34 yaşlı həyat yoldaşı Lətafət Ağayevanı qətlə yetirib.

O, həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi vurub. Dəhşətli qətl Kükəbilə kəndindən Lənkərana gələn sərnişin avtobusunda insanların gözü qarşısında törədilib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qətlə səbəb kimi qısqanclıq göstərilir. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar