Sərnişin avtobusu qəzaya uğradı
28 May 2014 Çərşənbə 00:01
Gəncəyə gedən 40-a yaxın sərnişin avtobusu tərk edə bilməyib.
Dairəvi yolda avtobus qəzaya uğradı.

ANS TV-nin məlumatına görə, dairəvi yolda baş verən qəzaların sayı azalmaq bilmir. Bu dəfə 13.30 radələrində sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə beynəlxalq avtovağzaldan çıxaraq Gəncə istiqamətində hərəkət olan nəqliyyat vasitəsinin qarşısında yanacaq daşıyan maşın olub. Əvvəlcə həmin avtomobil bağlı yola daxil olub. Avtobus da aldanaraq onun arxasınca yola girib və hadisə də məhz o zaman baş verib. Avtobus yolun dəmir arakəsməsinə sıxıldığı üçün qapının açılması mümkünsüz hala gəlib. Bu səbəbdən 40-a yaxın sərnişin avtobusu tərk edə bilməyib. Cavanlardan bəziləri kiçik pəncərədən və dam hissədəki nəfəslikdən çıxa bilib. Ancaq uşaq, qadın və yaşlılar içəridə çarəsiz qalıb. Nə qədər qəribə olsa da sərnişinlər avtobusdan endirilmədən onu çınqıl yığımının üzərindən düşürməyə çalışıblar. Bir müddət dartı kəndiri vasitəsilə çəksələr də buna nail ola bilməyiblər və ip qırılıb.

Daha sonra sərnişinlərin həyatını təhlükə altında qoymamaq üçün dəmir arakəsməni ekskavator vasitəsilə avtobusdan ayıraraq qapının açılmasına nail olublar. Bundan sonra sərnişinlər avtobusu tərk edə bilib.

Hadisə yerinə gətirilən daha qalın dartı kəndiri vasitəsilə avtobusu nəhayət ki, çınqıl təpəciyindən endirə biliblər. Təccüblüsü isə onda olub ki, sərnişinlər yenidən avtobusa minərək heç bir texniki baxış aparılmadan Gəncəyə yola düşüblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Dəqiq səbəblər məhz araşdırmaların yekununda bəlli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar