Hadisə

Şerlok Holms'un oğlu qatil olub

Şerlok Holms'un oğlu qatil olub. Boris Livanov qonşusunu qətlə yetirməkdə ittiham olunur.

· Xəbərçi
Şerlok Holms'un oğlu qatil olub
Əfsanəvi detektiv Şerlok Holmsu canlandıran məşhur aktyor Vasili Livanovun oğluna Moskvada məhkəmə hökmü oxunub. Boris Livanov Yeni il bayramı günü qonşusunu vəhşicəsinə qətlə yetirməkdə ittiham olunur.

Ximki məhkəməsi 35 yaşlı Boris Livanovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Livanovun qonşusu İqor Xromov 2009-cu il 1 yanvar tarixində təqribən saat 9:00-da qətlə yetirilib. ANSPRESS

Şərhlər