Hadisə

Şəmkirdə piyada vuruldu

“VAZ-21073”un zərbəsinə tuş gələn Saleh Xələfov keçinib

· Xəbərçi
Şəmkirdə piyada vuruldu
Şəmkir rayonunda piyadanın vurulması ölümlə nəticələnib.
Şəmkir rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Qazax yolunun 391-ci kilometrliyində Dəllər Cəyir kənd sakini Teymuraz Ocaqverdiyev idarə etdiyi “VAZ-21073” markalı avtomobil ilə həmyerlisi Saleh Xələfovu vurub.
Yaralı ağır xəsarətlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər