Şəkidə ilanlar insanlara hücum edir
06 İyul 2013 Şənbə 10:29
Rayonda daha bir ilansancma hadisəsi baş verib.
Dünən axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində ilansancma hadisəsi baş verib. Kənd sakini Sıracəddinova Günel İmran qızını ayağından ilan vurub. Hadisə zərərçəkən həyətlərində moruq dənləyərkən oğlunun gözü qarşısında baş verib. İlan sancan kimi zərərçəkən yaxınları tərəfindən Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub və xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstənin 4-5 gün müalicədən sonra evlərinə buraxılacağı bildirilib.

Qeyd edək ki, zərərçəkənin 2 azyaşlı uşağı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar