Şəkidə 51 yaşlı sakin intihar edib
28 Fevral 2009 Şənbə 13:25
Şəkidə 51 yaşlı sakin intihar edib
Şəki. Vüqar Heydərov-APA. Şəkidə 51 yaşlı sakin intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Səki rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, Şəki şəhəri Z. Bünyadov küçəsində yaşayan, 1958-ci il təvəllüdlü Babayev Novruz Həbib oğlu özünü həyətlərindəki talvardan asaraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb, intiharın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu Şəkidə həftə ərzində ikinci intihar hadisəsidir. Bu il fevralın 25-də “Rabitəbank”ın Şəki filialının rəhbəri Namiq Musayev də özünü asaraq intihar etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar