Şəki şəhərində dəhşətli qəza
15 İyun 2014 Bazar 13:09
Şəki şəhərində dəhşətli qəza. Hadisə nəticəsində bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.
Şəkidə dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ANS PRESS-ə verilən məlumata görə, rayonun Aşağı Küncüt kəndində "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.
FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.


Xilasedicilər yük maşının içində sıxışıb qalan şəxsi xilas edərək ailəsinə təhvil veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar